DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
18.07.2006Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Hüseynov 1 kiloqram 450 qram marixuananı satarkən tutulmuşdur. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Zaqatala rayon sakini, əvvəllər məhkum olunmuş Zeynal Barabaşovdan 0,456 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, rayon sakinləri Vaqif Ağayevdən 0,995 qram, Aydın Cəfərovdan isə 0,724 qram tiryək götürülmüşdür.