Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
10.09.2025
Polis əməkdaşlarının sentyabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 22,5 kiloqrama yaxın narkotik vasitə və 6 ədəd çətənə kolu götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 10-da ümumi çəkisi 22,5 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 44 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Sentyabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 qumbara, 8 tüfəng, 3 patron darağı və 40 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
Paytaxtın Nəsimi rayonundakı evlərin birindən 1750 manat oğurlanması barədə polisə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 44 yaşlı R.Mahmudov müəyyən edilərək saxlanılıb.Rayon ərazisində paytaxt sakinə məxsus çantadan isə pul, bank kartı və sənəd talamaqda şübhəli bilinən yeniyetmə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Xəzər rayonu Mərdəkan qəsəbəsindəki evlərin birindən oğurluq olub. Zərərçəkən şəxs polisə müraciət edərək evindən *9000* dollar dəyərində qızıl-zinət əşyalarının talanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı S.Cəfərov müəyyən olunaraq saxlanılıb.Zirə qəsəbəsində marketlərin birindən isə *8000* manat oğurlamaqda şübhəli bilinən 22 yaşlı S.Məmmədov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.Hər iki faktla bağlı araşdırma aparılır.
Polisin Yasamalda saxladığı kuryerlərdən 31 kq narkotik vasitə aşkarlandı
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kuryerliyə cəlb olunaraq narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçirib. Növbəti tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
09.09.2025
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 9-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.