Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
04.12.2025
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 4-də ümumi çəkisi 1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 39 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Yasamal rayonunda avtomobil qaçıran şəxslər saxlanılıblar
03.12.2025
Dekabrın 1-də səhər saatlarında paytaxtın Yasamal rayonunda evlərin birinin qarşısından “VAZ-2106” markalı nəqliyyat vasitəsi qaçırılıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - 32 yaşlı E.Məmmədov və R.Cəfərov müəyyən edilərək saxlanılıblar.Araşdırma aparılır.
İki ev və metal qəbulu məntəqəsindən oğurluq edənlər saxlanılıblar
Abşeron və Nəsimi rayonunda yerləşən iki evdə talama cinayəti qeydə alınıb. Ev sahibləri polisə müraciət edərək 4000 manat nağd pul, həmçinin 1800 manat dəyərində məişət əşyalarının naməlum şəraitdə oğurlanmasını bildiriblər. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinəyətində şübhəli bilinən V.İbrahimov və X.Ağayeva müəyyən edilərək saxlanılıblar. Sabunçu rayonunda isə metal qəbulu məntəqəsindən 4000 manat dəyərində metal qırıntılar oğurlamaqda şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 49 yaşlı E.Hüseynov da saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Velosiped və skuter oğruları saxlanılıb
Paytaxtın Nizami və Yasamal rayonunda velosiped, eləcə də skuter oğurlanıb.Zərərçəkənlər bununla bağlı polisə məlumat verərək ümumi dəyəri 2000 manat olan ikitəkərli nəqliyyat vasitələrinin naməlum şəraitdə oğurlandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq etməkdə şübhəli bilinən P.Danişyar və əvvəllər məhkum olunmuş H.Tahirov saxlanılıblar.Araşdırmalar davam etdirilir.
Polis Bakıda ev və mağazalardan silsilə oğurluq edən şəxsi saxladı
Paytaxtın Nəsimi rayonunda silsilə oğurluq hadisəsi baş verib. Naməlum şəxs müxtəlif vaxtlarda zərərçəkənlərdən birinin evinin açıq qalmış qapısından içəri daxil olaraq 1500 manat dəyərində qızıl-zinət əşyasını, iki vətəndaşın isə mağazanın saxlanc yerinə qoyduqları çantalarından ümumilikdə 2314 manat nağd pul, 1780 manat dəyərində mobil telefon, bank kartları və sənədləri talayıb. Bu barədə zərərçəkənlər polisə müraciət ediblər.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən N.Məmmədova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun başqa bir vətəndaşı “zəng etmək” bəhanəsi ilə aldadıb mobil telefonunu ələ keçirdiyi də məlum olub.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sumqayıtda “mebel alqı-satqısı” adı altında dələduzluq edən şəxs saxlanıldı
Sumqayıt şəhərində dələduzluq faktları qeydə alınıb. Zərərçəkənlərdən birinin “mebel alqı-satqısı” adı altında, digərinin isə “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 12000 pul vəsaitinin ələ keçirilməsi ilə bağlı polisə müraciətlər daxil olub.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş 40 yaşlı T.Allahyarov və 49 yaşlı A.Allahyarov müəyyən olunaraq saxlanılıblar.Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşın bank kartında olan pul vəsaitini ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı M.Əliyev də saxlanılıb.Faktlar üzrə araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
İtkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq istintaqa təhvil verilib.