Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatı 14 04 2022 18 il əvvəl törədilmiş cinayətin üstü açılmışdır. 2004-cü il aprelin 26-da 1947-ci il təvəllüdlü Rəhilə Cəlilovanın və nəvəsi 1989-cu il təvəllüdlü Aygün Əzizovanın üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin paytaxtın Yasamal rayonu ərazisində yaşadıqları mənzildə aşkar edilməsi faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılmışdır.
Vətən müharibəsinin daha 61 iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu
Vətən müharibəsinin daha 61 iştirakçısı polis orqanlarında xidmətə qəbul olundu 07 04 2022 Aprelin 7-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Vətəndaşların nəzərinə !
Vətəndaşların nəzərinə ! 01 04 2022 Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprel ayının 29-da Göyçay Rayon Polis Şöbəsinin inzibati binasında Göyçay, Ağdaş, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Mingəçevir şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək. 
Daxili işlər naziri Vilayət Eyvazov vətəndaş qəbulu keçirib
Daxili işlər naziri Vilayət Eyvazov vətəndaş qəbulu keçirib 30 03 2022 Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov martın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi
Vətənə, dövlətə, xalqa sədaqət nümunəsi 12 03 2022 Bu gün - martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir. Bu münasibətlə həmin gün Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib...
Vətəndaş məmnunluğuna xidmət edən növbəti addım
10 03 2022 Daxili İşlər Nazirliyinin rəsmi internet saytında “Müraciətin statusunu  yoxla” xidməti əlavə olunub.
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib
Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib 09 03 2022 Martın 9-da Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Vətəndaşların nəzərinə !
28 02 2022 Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il mart ayının 30-da Lənkəran Şəhər Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunun keçirilməsi nəzərdə tutulmuşdur.
Daxili İşlər Nazirliyində Xocalı faciəsinin qurbanları yad edilib
Daxili İşlər Nazirliyində Xocalı faciəsinin qurbanları yad edilib 25 02 2022 Fevralın 25-də Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş Xocalı faciəsi zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinin iştirakı ilə anım mərasimi keçirilib.