Sentyabrın 27-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Daxili İşlər Nazirliyi tərəfindən Anım Gününün üçüncü ildönümünə həsr olunmuş mərasim keçirilib. Tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş DİN-in hərbi qulluqçuları və polis əməkdaşları iştirak ediblər.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il sentyabr ayının 28-də Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu tarixi oktyabr ayının 11-nə dəyişdirilmişdir.
DİN əməkdaşlarına qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılmışdır
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının daxili işlər naziri Ali Yerlikayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il sentyabr ayının 28-də Masallı Rayon Polis Şöbəsinin inzibati binasında Masallı, Yardımlı, Lerik, Astara və Lənkəran şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 3-4 avqust tarixlərində Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonların sakinlərinin qəbulu tarixi avqust ayının 4-nə dəyişdirilmişdir.