Ölçü:
Rəng:
az en ru

Saytın əsas versiyası

Press-relizlər

Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
23 aprel 2021 11:34

Aprelin 23-də saat 2 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Nəbiyevin idarə etdiyi “BMW” və Kəlbəcər rayon sakini Rövşən Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşmuşdur. Nəticədə R.Quliyev və sərnişini Mərifət Məmmədova hadisə yerində ölmüş, digər sürücü və 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilmişdir.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır
22 aprel 2021 11:34

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 34 cinayətin üstü “isti izlər”lə açılmışdır.  

  • Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.    
  • Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 5 nəfər xəsarət almışdır.   
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılmışdır.

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi
22 aprel 2021 11:33

Aprelin 23-də saat 3 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində (tuneldə) Bakı şəhər sakini N.Zülfüqarov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında dayanmış Zaur Quliyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüş, sürücü və sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
22 aprel 2021 11:33

Aprelin 22-də saat 2 radələrində Nəsimi rayonu ərazisində Şəmkir rayon sakini E.Səfərli idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mahir Abbasovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Saatlı rayonunun Soltanabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22 aprel 2021 11:33

Aprelin 22-də saat 21 radələrində Saatlı rayonunun Soltanabad kəndi ərazisində kənd sakini Asif Tarverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmkəndlisi Qədir Mirzəyevi vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Bakı şəhər sakini K.Hüseynov yaşadığı mənzilə baxış zamanı oradan 12 kiloqram 135 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 868 qramdan artıq tiryək götürülmüşdür
22 aprel 2021 11:33

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında  keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş K.Hüseynov Binəqədi rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 29 qramdan artıq heroin, 19 qramdan artıq metamfetamin aşkar edilmişdir.
Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan əlavə olaraq 12 kiloqram 135 qram heroin, 2 kiloqramdan artıq metamfetamin və 868 qramdan artıq tiryək götürülmüşdür.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Balayev və V.Əliyev saxlanılmışlar
22 aprel 2021 11:33

Bakı ŞBPİ və Xəzər RPİ 2-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 18-də Buzovna qəsəbəsi ərazisindəki marketlərin birindən 710 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri R.Balayev və əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılmışlar.

Velosiped oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Hüseynova saxlanılmışdır
22 aprel 2021 11:28

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda V.Hüseynova və N.Məmmədova məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini N.Hüseynova saxlanılmışdır.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Hüseynov saxlanılmışdır
22 aprel 2021 11:28

Sabunçu RPİ 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 10-da rayon ərazisindəki köşklərin birindən 60 manat pul və 2000 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılmışdır.

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Musayevdan 260 qramdan artıq, avtomobilindən isə 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülmüşdür
22 aprel 2021 11:28

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının daxil olmuş məlumat əsasında  keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 260 qramdan artıq, avtomobilindən isə 1 kiloqram 100 qram heroin aşkar edilərək götürülmüşdür.