DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili Qoşunların Ali Hərbi Məktəbində Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

12.04.2023

Daxili İşlər Nazirliyi Daxili Qoşunların Ali Hərbi Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədov ümummilli lider Heyər Əliyevin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından bəhs edərək ulu öndərin irsinin xalqımızın qəlbində əbədi yaşayacağını və onun hər zaman dahi şəxsiyyət kimi xatırlanacağını qeyd edib. Ulu Öndərin ən ümdə və müqəddəs arzularından birinin uzun illər işğal altında olan torpaqların azad edilməsi ilə bağlı olduğunu vurğulayan İ.Məmmədov bu istiqamətində Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu bildirib. O, müqəddəs missiyanın ümummilli liderin parlaq ideyalarının davamçısı, prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatdırıldığını diqqətə çatdırıb. Sonda Ali Hərbi Məktəbin rəisi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini, müasir gənclik tərəfindən ulu öndərin siyasi irsinin daha dərindən öyrənilməsinin və gələcək nəsillərə ötürülməsinin önəmini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasnın Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin müdiri Hacı Həsənov xalqın ən ağır, taleyüklü dövründə ümummilli lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğısından geniş bəhs edib. Ulu öndərin tarixi xidmətlərindən, xilaskarlıq missiyasından, xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışaraq Ali Hərbi Məktəbin şəxsi heyətinə geniş məlumat verib. 
Tədbirin sonunda qonaqlar və Ali Hərbi məktəbin kollektivi ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə tamaşa ediblər.

Youtube linki -  https://www.youtube.com/watch?v=lgIHr8pzwOM