Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Polisin etik davranış kodeksi

Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi əməkdaşların göstərilən meyarlara cavab verməsinin, cəmiyyətdə qəbul olunmuş mənəvi-əxlaqi və mədəni davranış qaydalarına əməl etməsinin ifadəsi olan norma və müddəaları müəyyən edir.

ətraflı

Polisə təşəkkürlər

Vətəndaşlardan gələn təşəkkürlər Azərbaycan polisinin ən böyük uğurudur. Polislə bağlı təşəkkür doğuracaq hekayənizi oxumaq bizə qürur verir.

Polisə verilən suallar

Nəqliyyat vasitəsinin texniki baxışdan keçmə qaydalarını öyrənmək istəyirəm.

Bildiririk ki, Azərbaycan Respublikasının Yol Hərəkəti Haqqında Qanunun 30-cu maddəsinin VI bəndinin tələblərinə uyğun olaraq, minik avtomobilləri istehsal olduğu vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, - istehsal olunduğu vaxtdan on il keçdikdə - ildə bir dəfə avtobuslar, icazə verilən maksimum kütləsi 3.5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşinması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduğu vaxtdan ildə bir dəfə dövlət texniki baxışa təqdim olunmalıdır. Eyni zamanda məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Yol hərəkəti haqqında Qanununa 29 iyun 2018-ci il tarixdə 1220-VQD nömrəli əlavə və dəyişikliklər edilmişdir. Belə ki, bu Qanunun 30-cu maddəsinin VI hissəsinə əsasən «Növbəti texniki baxışın keçiriləcəyi gün müəyyən edilərkən bu maddənin VI hissəsində nəzərdə tutulmuş müddətlər əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanır, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur». Yeni qanunvericiliyə əsasən texniki baxış zamanı avtomobilinizi saz vəziyyətdə texniki müayinədən keçirib və barənizdə qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş cərimələr ödənildikdə, icbari sığorta şəhadətnaməsini və 20 manat dövlət rüsumunun qəbzini təqdim olunması nəzərdə tutulmuşdur.

Avtomobilimin işıq cihazlarında dəyişiklik edə bilərəmmi?

Nəqliyyat vasitələri və onların hər bir ehtiyyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur. Avtomobil birmənalı olaraq "təhlükəli hərəkət mənbəyi" hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur. Araşdırmalar göstərir ki, "Led" tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır. "Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyildir.

Nəqliyyat vasitəsinin üzərində reklam yerləşdirmək istəyirəm. Bunun üçün nə etmək lazımdır?

Qüvvədə olan normativ hüquqi sənədlərin tələbinə uyğun olaraq nəqliyyat vasitələrində reklamın yerləşdirilməsi üçün: Razılıq almaq üçün ərizə (əlavə 1) Ərizədə aşağıdakılar öz əksini tapmalıdır: - Hüquqi şəxslər üçün – hüquqi şəxsin adı, təşkilati hüquqi forması, hüquqi ünvanı; - Fiziki şəxslər üçün – adı, atasının adı, soyadı, şəxsiyyəti təstiq edən vəsiqə haqqında məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı, iş yeri); Ərizəyə aşağıdakılar əlavə edilməlidir: - Müəssisənin təsis sənədlərinin surəti; - Müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti; - Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi organları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti; - Reklam verənlə bağlanmış və mövcud qanunvericiliyə uyğun sənədləşdirilmiş müqavilənin sürəti (reklam verən reklam yayan kimi çıxış etdikdə və reklam yayılan nəqliyyat vasitəsinin mülkiyyətçisi olduqda müqavilə tələb olunmur); - Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və surəti; - Nəqliyyat vasitəsində yerləşdiriləcək reklamın məzmunu, cizgi təsviri və sxemi; - Nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığı və xarici görkəminin reklam yerləşdirilməsi üçün yaralı olması barədə DYP-nin müayinə aktı; - Reklamın yerləşdirilməsi planlaşdırılan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları göstərilməklə siyahısı; Eyni zamanda bildiririk ki, 15 may 2015-ci il tarixdə qəbul olunmuş «Reklam haqqında» Qanunun 25.5-ci maddəsinin tələbinə görə şəxsə mənsubiyyətini göstərən fərqləndirici nişanların nəqliyyat vasitəsi üzərində yerləşdirilməsi reklam hesab olunmur. Bu səbəbdən atomobillərinizdə (şəkilləri, sxemləri) Baş DYP İdarəsinin Avtotexniki müfəttişlik şöbəsinə təqdim etdiyiniz təqdirdə xahişinizə konkret cavab verilə bilər.

Avtomobilimin şinlərinin ölçülərini dəyişə bilərəmmi?

Avtomobildə şinlərin ölçüləri avtomobilin markasından, modelindən və istehsal ilindən asılı olaraq, istehsalçı zavod tərəfindən təyin edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda nəzərinizə çatdırırırıq ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 1 saylı əlavəsinin tələblərinə əsasən istismarda olan nəqliyyat vasitələrinə normativ-texniki sənədlərdə nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun olmalıdır. Avtomobillərdə həmin dəyişikliklər təhlükəsizlik baxımından yalnız istehsalçı zavod tərəfindən quraşdırıla bilər.

Nəqliyyat vasitəsinin şüşələrinin işıq buraxması qabiliyyəti necə olmalıdır?

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinin qəbul etdiyi AZS 122-2004 saylı Dövlət Standartının tələbinə görə avtomobil şüşələrinin işıq buraxması aşağıdakı kimi müəyyən edilmişdir: küləyə qarşı şüşələr üçün - 75%; küləyə qarşı olmayan digər şüşələr üçün -70%; hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda avtomobilin yalnız arxa şüşəsi və yük hissəsindəki yan şüşələri sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normallaşdırılmır. Respublikanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadə edilməsinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsinə müraciət edə bilərsiniz.

Nəqliyyat vasitəsinin pərdə və işıq buraxması qabiliyyəti ilə bağlı şərtlər necədir?

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəfaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıq kimi müəyyən edilmişdir. Bu Qanunun tələbinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrinin tətbiqinə icazə verilir. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti – küləyə qarşı şüşələr üçün -75%, küləyə qarşı olmayan digər şüşələr üçün-70%, avtomobillərin arxa şüşəsinin işıq buraxma qabiliyyəti isə sürücünün salondan arxa görünüşünü təmin etmək şərti ilə normalaşdırılmır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin tələblərinə müvafiq olaraq hər iki tərəfində arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şuşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalyüz asmağa yol verilir. Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək avtomobillərin şüşələrində sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.