DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:
image_20230501160010.jpg

Daxili İşlər Nazirliyinin Baş Muhafizə İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib

26.04.2023

Daxili İşlər Nazirliyinin Baş Muhafizə İdarəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan DİN Baş Muhafizə İdarəsinin rəisi, polis general-mayoru Nurullah Məmmədxanlı bütün varlığı ilə xalqına bağlı olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən danışıb. N.Məmmədxanlı həmçinin ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edərək onun irsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib.
Tədbirdə iştirak edən professor, tarix elmləri doktoru Nuru Məmmədov və Ələmdar Şahverdiyev çıxışlarında Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsini, müasir gənclik tərəfindən ulu öndərin siyasi irsinin daha dərindən öyrənilməsini və gələcək nəsillərə ötürülməsini xüsusi vurğulayıblar. Həmçinin ümummilli liderin parlaq ideyalarının davamçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərin tarixə qızıl hərflərlə həkk olunduğu da qeyd edilib.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümaiş etdirilib.

IMG_20230428_122751_681

IMG_20230428_122752_440