Ölçü:
Rəng:
AZ EN RU

Saytın əsas versiyası

Xəbərlər

Daxili işlər naziri Türkiyədə magistr təhsili alaraq ölkəmizə qayıdan gənc polisləri qəbul edib
Daxili işlər naziri Türkiyədə magistr təhsili alaraq ölkəmizə qayıdan gənc polisləri qəbul edib 27 12 2021 Dekabrın 27-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov “Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında” protokola əsasən, 2019-2021-ci tədris ilində Türkiyə Milli Polis Akademiyasının Polis Rəisləri Təlim Mərkəzində magistr təhsilini başa vuraraq ölkəmizə qayıtmış 6 məzuna “polis leytenantı” xüsusi rütbəsi verilməklə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb.
Qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayətin üstü açılmışdır
17 12 2021 Polis və prokurorluq orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır.
Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətlərinin birgə məlumatı
17 12 2021 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymuşlar.
Qeyri-aşkar şəraitdə törədilmiş daha bir cinayətin üstü açılmışdır
17 12 2021 Prokurorluq və polis orqanlarının fəaliyyətinin prioritet istiqamətlərdən biri - gizli və qeyri-aşkar şəraitdə törədilmiş və bağlı qalmış cinayətlərin açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmasıdır.
Cari ildə 573 nəfər Vətən Müharibəsinin iştirakçısı və şəhid ailələrinin üzvləri polis orqanlarında xidmətə qəbul olunub
Cari ildə 573 nəfər Vətən Müharibəsinin iştirakçısı və şəhid ailələrinin üzvləri polis orqanlarında xidmətə qəbul olunub 16 12 2021 Dekabrın 16-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştiraki ilə respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib.
12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günüdür.
12 dekabr - ümummilli lider Heydər Əliyevin anım günüdür. 12 12 2021 Bu münasibətlə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və Nazirliyin bir qrup rəhbər heyəti Fəxri Xiyabana gedərək Ulu Öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.
Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsinə dair vacib məsələlər müzakirə olunub
Cinayətkarlıqla mübarizə və ictimai asayişin mühafizəsinə dair vacib məsələlər müzakirə olunub 03 12 2021 Dekabrın 3-də Daxili İşlər Nazirliyində videokonfrans formatında Kollegiya iclası keçirilib. İclası giriş sözü ilə açan nazir, general-polkovnik Vilayət Eyvazov Kollegiyanın müzakirəsinə çıxarılan məsələlərin kriminogen duruma təsiri, vətəndaş məmnunluğunun təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi baxımından aktual olduğunu bildirib.
Daxili işlər naziri pakistanlı naziri qəbul edib
Daxili işlər naziri pakistanlı naziri qəbul edib 01 12 2021 Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov dekabrın 1-də ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının müdafiə istehsalatı naziri, Azərbaycan-Pakistan Birgə Komissiyasının həmsədri xanım Zobaida Cəlalı qəbul edib.
Daxili işlər naziri Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Daxili işlər naziri Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 30 11 2021 Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov noyabrın 30-da ölkəmizdə səfərdə olan Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM) direktoru, milis general-mayoru Rüstəm Mirəlizodanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaqları salamlayan nazir Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində görülən işlərdən danışıb, bu ümummilli bəlaya qarşı birgə mübarizənin zəruriliyini vurğulayıb.