Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Cavid Qurbanəliyev ona dəymiş maddi ziyanın qaytarılmasında göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə minnətdarlıq edir.

Bakı şəhər sakini Günel Ağayeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda ondan dələduzluq yolu ilə alınmış pulunun geri qaytarılmasında göstərilən köməkliyə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Asəf Əliyev Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarından razılığını bildirir və minnətdarlıq edir.

Bakı şəhər sakini Təranə Nəzərova 36-cı Polis Bölməsinin əməkdaşı Məmmədov Namiq Əhəd oğlundan razılıq edir və onun timsalında Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Mingəçevir şəhər sakini Günay Abdullayeva və Bakı şəhər sakini Nazim Orucov DİN-ə ünvanladıqları məktubda problemlərinin həllində göstərdikləri köməyə görə polisə minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Elnur Əkbərov və Sumqayıt şəhər sakini Qalib Namazov DİN-ə ünvanladığı məktublarında yol polisi əməkdaşlarına təşəkkürlərini bildirirlər.

Bakı şəhər sakini Tatyana Məmmədova DİN-ə ünvanladığı məktubunda hüquqlarının bərpasında göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Dmitriy Tiqiyev DİN-ə ünvanladığı məktubunda probleminin həllində göstərdikləri köməyə görə Suraxanı RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Ərşad Hətəmov DİN-ə ünvanladığı məktubunda baş vermiş oğurluq hadisəsinin tez bir zamanda açılmasında göstərdikləri köməyə görə Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.