Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Polis veteranı İmran Hüseynəliyev "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

“İşimlə əlaqədar tez-tez Nəsimi rayonunda oluram. Burada diqqətimi çəkən bir məsələ barədə yazmağı özümə borc bildim. Rayon ərazisində xidmət aparan polis əməkdaşları hamıya yüksək mədəniyyətlə və səmimiyyətlə yanaşır, öz vəzifə borclarının öhdəsindən layiqincə gəlirlər”. Bu fikirlər Yusif Hüseynovun DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubundandır.

Bir qrup Astara rayon sakini rayonda qısa zaman kəsiyində bəzi cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində, əllərdəki qanunusz silahların yığılmasında və bu sahədə profilaktik, həmçinin əməliyyat-axtarış tədbirlərinin geniş vüsət almasında bir polis zabiti kimi qətiyyətini əsirgəməyən RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirova minnətdarlıq edirlər.

Təqaüddə olan polis veteranı Telman Məhərrəmov DİN-in Arif Heydərov adına Respublika Hospitalında veteranlara, onların ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edir.

Zaqatala şəhər sakini Mahmud Səfərov oğlu Ramil Səfərovun şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında xidmətə qəbul olunduğuna görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Astara rayonunun Şahağacı kənd sakini Rəşid Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon polis şöbəsinin fəaliyyətindən məmnunluğunu ifadə edir, rayonda narkotiklərin qanunsuz dövriyyəsinə və cinayətkarlığa qarşı aparılan uğurlu mübarizəyə görə Astara RPŞ-nin rəisi Azər Cahangirovdan razılıq edir və minnətdarlığını bildirir.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Bakı şəhər sakini Ofelya Əliyeva DİN-ə ünvanladığı məktubunda hadisənin obyektiv araşdırılmasına görə Nizami RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Mehrac Niftaliyevə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Samid Əmralıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda Şirvan şəhəri ərazisində yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə yollarda nişanların yenilənməsi və piyada keçidlərinin boyanmasında göstərdiyi köməkliyə görə Şirvan ŞPŞ DYPB-nin baş inspektoru, polis kapitanı Mehdi Muxtarova, polis serjantları Üzeyir Hüseynova və Sadiq Həsənova təşəkkürünü bildirir.

Bakı şəhər sakini İrşad Kərimov DİN-ə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problemin qısa müddətdə və operativ həll olunub aradan qaldırılmasına görə Yasamal Rayon Yol Polisi Şöbəsinin əməkdaşlarına və Yasamal RPİ-nin Təhqiqat şöbəsinin rəisi Anar Zeynalova minnətdarlığını bildirir.