Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.06.2018 - Bakı şəhər sakini Fərid Səfərov müraciətinə tez bir zamanda baxılmasına və...
Bakı şəhər sakini Fərid Səfərov müraciətinə tez bir zamanda baxılmasına və düzgün həllini tapmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
20.06.2018 - Masallı rayonundan bir qrup sakin, şəhid atası - Süleyman Hüseynov, müəllim -...
Masallı rayonundan bir qrup sakin, şəhid atası - Süleyman Hüseynov, müəllim - Əlisiyab Nəhmətov, şəhid qardaşı - Vüqar Həsənov, rayon ağsaqqalı - Niyaz Nuriyev DİN-ə ünvanladıqları məktubda Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova minnətdarlıqlarını bildirirlər.
14.06.2018 - Kəlbəcər rayon sakini Habil Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Kəlbəcər rayon sakini Habil Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Yevlax DYP-nin qeydiyyat və imtahan şöbəsinə etdiyi müraciətinə baxılmasına və ona edilən köməkliyə görə minnətdarlıq edir.
14.06.2018 - Kürdəmir şəhər sakini DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda...
Kürdəmir şəhər sakini DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Dövlət Yol Polisi əməkdaşlarının nümunəvi xidmətindən razılıq edir.
14.06.2018 - Ağstafa rayon sakini Arif Salıfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Ağstafa rayon sakini Arif Salıfov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Dövlət Yol Polisi əməkdaşlarının vətəndaşlarla səmimi münasibətindən, onlara göstərdikləri qayğı və diqqətdən razılıq edir.
14.06.2018 - Lənkəran şəhər sakini Sveta İsayeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Lənkəran şəhər sakini Sveta İsayeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda yolda onun köməyinə çatan və onun həyatını xilas edən həmkarlarımıza təşəkkürünü bildirir.
14.06.2018 - Qaradağ rayon sakini Əhməd Əhmədov DİN-ə ünvanladığı təşəkkür teleqramında...
Qaradağ rayon sakini Əhməd Əhmədov DİN-ə ünvanladığı təşəkkür teleqramında Qaradağ RPİ-yə etdiyi müraciətə tez bir zamanda baxılmasına və ona dəymiş ziyanın ödənilməsinə görə minnətdarlıq edir.
14.06.2018 - Bərdə rayon sakini Yaqub Ağayev ünvanladığı minnətdarlıq teleqramında Ağdam...
Bərdə rayon sakini Yaqub Ağayev ünvanladığı minnətdarlıq teleqramında Ağdam RPİ-nin sabiq əməkdaşı, polis polkovnik-leytenantı İlyas Nəcəfovun hüzn mərasiminin yüksək səviyyədə təşkilinə görə RPŞ və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14.06.2018 - Bakı şəhər sakini Qalabəy Ağalarlının DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Qalabəy Ağalarlının DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evində oğurluq olması ilə əlaqədar Xəzər RPİ-yə etdiyi müraciətə baxılmasına, cinayətkarların tez bir zamanda tapılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə təşəkkür edir.