Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.06.2018 - Kürdəmir rayon sakini Ramal Əhmədov DİN-ə ünvanladığı məktubunda ona dəyən...
Kürdəmir rayon sakini Ramal Əhmədov DİN-ə ünvanladığı məktubunda ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.06.2018 - Qusar rayon sakini Gülbala Mürsəlov DİN-ə ünvanladığı məktubunda Qusar Rayon...
Qusar rayon sakini Gülbala Mürsəlov DİN-ə ünvanladığı məktubunda Qusar Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
23.06.2018 - Cəlilabad rayon sakini, ikinci qrup əlil Xəqani Əliyev üzləşdiyi problemin...
Cəlilabad rayon sakini, ikinci qrup əlil Xəqani Əliyev üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
23.06.2018 - Sumqayıt şəhər sakini Tinatin Ağayeva həmkarlarımızı Azərbaycan Polisinin 100...
Sumqayıt şəhər sakini Tinatin Ağayeva həmkarlarımızı Azərbaycan Polisinin 100 illiyi münasibətilə təbrik edir.
23.06.2018 - Ağstafa rayon sakini Mahir Yusubov şikayətinin təmin edilməsinə və onunla...
Ağstafa rayon sakini Mahir Yusubov şikayətinin təmin edilməsinə və onunla səmimi münasibətə, xoş ünsiyyətə görə RPŞ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.
23.06.2018 - Yardımlı Rayon Veteranlar Şurasının sədri Hüseyn Vəliyev RPŞ rəhbərliyinin...
Yardımlı Rayon Veteranlar Şurasının sədri Hüseyn Vəliyev RPŞ rəhbərliyinin Qarabağ döyüşlərinin veteranlarına, şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan, həmçinin narkomaniya ilə mübarizədə bu gün öz effektini verən maarfləndirmə tədbirlərinin mütəmadi olaraq keçirilməsindən razılığını bildirir, bu çətin və məsuliyyətli işdə həmkarlarımıza uğurlar arzulayır.
23.06.2018 - Astaradan Məmməd Məmmədov, Bərdə şəhərindən Zahid Mikayılov və Masallıdan...
Astaradan Məmməd Məmmədov, Bərdə şəhərindən Zahid Mikayılov və Masallıdan Məmmədağa Şiriyev polisin fəaiyyətindən razılıq edirlər.
23.06.2018 - “Xəstəlik səbəbimdən nəvəmlə birlikdə Mingəçevirdə yaşayan oğlum Fərmangilə...
“Xəstəlik səbəbimdən nəvəmlə birlikdə Mingəçevirdə yaşayan oğlum Fərmangilə gəlirdim. Yolda şəhərin girəcəyində maşın xarab oldu, köməksiz vəziyyətdə qaldıq. Onda gördüm ki, bir yol polisi maşını bizə yaxınlaşdı. Mənim vəziyyətimi görüb ilkin tibbi yardım göstərdi, su gətirdi. Hətta usta çağırıb maşının nasazlığını da aradan qaldırmağa kömək etdi. Düz mənziləcən bizi ötürdü. Sonradan həmin polisin adını mənə dedilər. Hüseynov Cəlal Kərəm oğlu. Allah belə polislərimizi qorusun. Onlar bizim dadımıza çatır, Allah da onların köməyi olsun.”… Bu fikirlər Gədəbəy rayon sakini 85 yaşlı Sənubər Hüseynovanın DİN-ə ünvanladığı təşəkkür məktubundandır.
23.06.2018 - Hacıqabul rayonundan bir qrup sakini narkotiklərin qanunsuz dövriyyəsi ilə...
Hacıqabul rayonundan bir qrup sakini narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq qanuna təslim edilməsinə, rayonun mıəktəblərində mütəmadi olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinə görə RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlıq edirlər.