Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
25.04.2020 - Bakı şəhər sakini Çinarə İsrayılova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Bakı şəhər sakini Çinarə İsrayılova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda avtomobilindən ona məxsus sənədlərin oğurlanması ilə əlaqədar Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə etdiyi müraciətə tez və operativ baxılmasına, oğurluq edən şəxsin tapılmasına və ona aid olan sənədlərin qaytarılmasına göstərilən köməkliyə görə təşəkkür edir.
24.04.2020 - Goranboy rayonunun Qaradağlı kənd sakini, İlqar İsmayılov DİN rəhbərliyinə...
Goranboy rayonunun Qaradağlı kənd sakini, İlqar İsmayılov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirova və şöbənin digər əməkdaşlarına minnətdarlığını bildirir.
24.04.2020 - Qazax rayon sakini Seminarist Şərifov müraciətinin obyektiv araşdırılaraq...
Qazax rayon sakini Seminarist Şərifov müraciətinin obyektiv araşdırılaraq müsbət həll olunmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
24.04.2020 - Bakı şəhər sakini Almaz Məmmədova ona göstərilən maddi və mənəvi dəstəyə görə...
Bakı şəhər sakini Almaz Məmmədova ona göstərilən maddi və mənəvi dəstəyə görə DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edir.
24.04.2020 - Qax rayon sakini DİN rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb. Vətəndaş...
Qax rayon sakini DİN rəhbərliyinə təşəkkür məktubu ünvanlayıb. Vətəndaş bildirir ki, Şəmkir rayonu ərazisində avtomobilində nasazlıq yaranıb və ailəsi ilə birlikdə çıxılmaz vəziyyətdə qalıb. Bu zaman ona göstərilən köməkliyə görə Şəmkir DYPB-nin əməkdaşlarına minnətdarlıq edir.
24.04.2020 - 135 saylı Poçt Şöbəsinin müdiri Əli Zeynalov vətəndaşlara ayrılan sosial...
135 saylı Poçt Şöbəsinin müdiri Əli Zeynalov vətəndaşlara ayrılan sosial yardımların ödənişində poçt şöbəsində göstərdikləri köməyə, yaratdıqları səliqəli növbəyə və asayişin mükəmməl qorunmasına görə Əlahiddə Çevik Polis Alayının rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq edir.
24.04.2020 - Astara rayon sakini Şamməd Kəlbiyev ölkəmizdə koronavirus pandemiyası ilə...
Astara rayon sakini Şamməd Kəlbiyev ölkəmizdə koronavirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz xidmətə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də vətəndaşlara göstərilən qayğıya və köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkür edir.
24.04.2020 - Bakı şəhər sakini Şükran Məmmədov bu çətin günlərdə vətəndaşlarımızın...
Bakı şəhər sakini Şükran Məmmədov bu çətin günlərdə vətəndaşlarımızın qayğısına qaldıqlarına görə polis əməkdaşlarına təşəkkür edir.
24.04.2020 - 39 saylı Poçt Şöbəsinin müdiri Fariz Zamanov vətəndaşlara ayrılan sosial...
39 saylı Poçt Şöbəsinin müdiri Fariz Zamanov vətəndaşlara ayrılan sosial yardımların ödənişində poçt şöbəsində göstərdikləri köməyə görə kollektivlərinin adından Əlahiddə Çevik Polis Alayının rəhbərliyinə və əməkdaşlarına minnətdarlıq edir.