Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.01.2021 - Bakı şəhər sakini İkram Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini İkram Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə Sabunçu Rayon Polis İdarəsində operativ baxıldığını bildirir. İ.Hüseynov qısa müddətdə obyektiv araşdırma aparıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
26.01.2021 - Bakı şəhər sakini Viktoriya Nikolayeva DİN rəhnərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Viktoriya Nikolayeva DİN rəhnərliyinə ünvanladığı təşəkkür məktubunda kompüterinin oğurlanması barədə etdiyi müraciətə operativ baxılmasına və kompüterin tez bir zamanda tapılaraq ona qaytarılmasına görə Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.
26.01.2021 - Bakı şəhər sakini Esmira Sadıqova DİN rəhnərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Esmira Sadıqova DİN rəhnərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluq faktı ilə əlaqədar etdiyi müraciətə operativ baxılmasına və ona dəymiş ziyanın ödənilməsində göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
26.01.2021 - Bakı şəhərində yaşayan Gülnarə Həsənova Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhərində yaşayan Gülnarə Həsənova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubuna operativ baxıldığını bildirir. O, üzləşdiyi dələduzluq faktı barədə müraciəti ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsində obyektiv araşdırma aparıldığını və müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.01.2021 - Şəmkir şəhər sakini Zaur İbrahimov etdiyi müraciətin operativ və obyektiv...
Şəmkir şəhər sakini Zaur İbrahimov etdiyi müraciətin operativ və obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə və Şəmkir RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.01.2021 - Tovuz rayonunun Qədirli kənd sakini Zakir Quliyev DİN rəhbərliyinə...
Tovuz rayonunun Qədirli kənd sakini Zakir Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Tovuz RPŞ-nin kollektivinə minnətdarlığını bildirir.
26.01.2021 - Gəncə şəhər sakini Mahir Abdullayev etdiyi müraciətə dərhal reaksiya...
Gəncə şəhər sakini Mahir Abdullayev etdiyi müraciətə dərhal reaksiya verildiyinə və həssas yanaşılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.01.2021 - Gədəbəy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladıqları...
Gədəbəy rayonunda yaşan bir qrup sakin DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə və rayon ərazisində yol hərəkəti təlükəsizliyinin təmin edilməsinə görə Gədəbəy RPŞ-nin rəisi, polisi polkovniki Mehman Həşimovdan razılıqlarını bildirir və minnətdarlıqlarını ifadə edirlər.
25.01.2021 - Sumqayıt şəhərində yaşayan İlham Aslanov Daxili İşlər Nazirliyinə ünvanladığı...
Sumqayıt şəhərində yaşayan İlham Aslanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müracitinə Abşeron Rayon Polis İdarəsində operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.