Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.02.2021 - Beyləqan rayon sakini Anar Zeynalov belə humanist polis əməkdaşlarına görə...
Beyləqan rayon sakini Anar Zeynalov belə humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.02.2021 - Bərdə rayon sakini Ağgül Həsənova məktubunda oğurluq faktı ilə əlaqədar Bərdə...
Bərdə rayon sakini Ağgül Həsənova məktubunda oğurluq faktı ilə əlaqədar Bərdə Rayon Polis Şöbəsinə müraciət etdiyini yazır. O, polis əməkdaşlarının operativliyi və peşəkarlığı sayəsində bu cinayət əməlini törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edildiyini bildirir.
A.Həsənova müraciətinə diqqətlə yanaşıldığına, obyektiv araşdırılaraq həyata keçirilən operativ tədbirlərə görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.19.02.2021 - Yardımlı rayonunun Telavar kənd sakini Məqsəd Məmmədov DİN rəhbərliyinə...
Yardımlı rayonunun Telavar kənd sakini Məqsəd Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Masallı RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarından razılığını bildirir.
19.02.2021 - Astara rayonunun Ərçivan kənd sakini Arif Əliyev DİN rəhbərliyinə ünvanladığı...
Astara rayonunun Ərçivan kənd sakini Arif Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv araşdırılmasına və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını ifadə edir.
19.02.2021 - Lənkəran şəhər sakini Zəkiyyə İsmayılova DİN rəhbərliyinə ünvanladığı...
Lənkəran şəhər sakini Zəkiyyə İsmayılova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas yanaşılmasına və məsələnin müsbət həllini tapmasına görə razılığını bildirir.
19.02.2021 - Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini DİN rəhbərliyinə...
Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda yol hərəkətinin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərə və xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarından razılığını ifadə edir.
19.02.2021 - Astara rayon sakini Xandadaş Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı...
Astara rayon sakini Xandadaş Allahverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasına görə Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
19.02.2021 - Lənkəran rayon sakini Atlaz Həbibova teleqramında pozulmuş hüquqlarının...
Lənkəran rayon sakini Atlaz Həbibova teleqramında pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Lənkəran Şəhər Rayon Polis Şöbəsində qəbul edilərək dinlənildiyini yazır. O, göstərilən diqqətə, obyektiv araşdırma aparılaraq müraciətinin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
19.02.2021 - Neftçala rayon sakini Eyvaz Quliyev rayon ərazisində ictimai asayişin və...
Neftçala rayon sakini Eyvaz Quliyev rayon ərazisində ictimai asayişin və ictimai təhlükəsizliyin etibarlı təmin olunmasında xidməti vəzifələrini layiqincə yerinə yetirən Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.