Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şabran şəhər sakini Rövşən Qurbanov və Xaçmaz rayonunun Nabran qəsəbə sakini Osman Osmanov məktublarında Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının öz xidmətləri, vətəndaşlara üzləşdikləri problemlərlə bağlı hər zaman göstərdikləri köməklikləri, diqqət və qayğıları ilə respublikanın şimal zonasında yaşayan insanların rəğbətini qazandıqlarını qeyd edir. Onlar NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi Lalə Hüseynova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Flora Həsənova üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in “İnstagram” səhifəsi vasitəsilə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Teymur Qasımov pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-in “İnstagram” səhifəsi vasitəsilə etdiyi müraciətə operativ baxıldığını və müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Müraciətinin müsbət həll edilməsi ilə bağlı minnətdarlıq bildirir.: Mehbarə Süleymanova tərəfindən alınan 550 manat dəyərində malların pulunun ödənilməməsi barədə. QEYD: Faktla bağlı Yasamal RPİ 28-ci PB-nin polis sahə inspektoru İlkin Nəsrullayev tərəfindən araşdırma aparılır.

“_can_ azarbayjan_” adlı sosial şəbəkə izləyicimiz şikayətinə tez bir zamanda baxılaraq həllini tapmasında ona göstərdikləri köməyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Nofəl Məmmədov mobil telefonunun itməsi barədə müraciətinə çevik reaksiya verilərək tapılıb ona təhvil verilməsində göstərdikləri köməyə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir və Azərbaycan Polisinə uğurlar diləyir.

Bakı şəhər sakini İlqar Vəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin tez bir zamanda araşdırılaraq həllini tapmasında ona göstərilən köməyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Xəzər rayon sakini Xankişi Əsədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə tez bir zamanda baxılaraq ona göstərdikləri köməyə görə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu yazır.