Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Qorxmaz Abbaszadə ölkədə yaradılan sabitliyə və əmin-amanlığa görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.

Ağstafa rayonunun Dağkəsəmən kənd sakini, əməkdar mühəndis, əmək veteranı, kənd ağsaqqallar şurasının sədri Hacı Nəbiyev DİN-ə ünvanladığı məktubunda ölkədə və rayonda yaradılmış sabitliyi yüksək dəyərləndirir, yollarda hərəkətin təhlükəsizliyi ilə bağlı müvafiq tədbirlər görüldüyünə, bu sahədə lazımi profilaktiki təbliğat xarakterli görüşlər keçirdiklərinə görə RPŞ-nin və DYPB-nin rəhbərliyinin fəaliyyətini yüksək dəyərləndirir.

FHN-nin Dövlət Yanğından Mühafizə xidmətinin daxili xidmət çavuşu Fərhad Muradov xidməti borcunu yerinə yetirərkən aldığı müxtəlif ağır xəsarətlər ucbatından DİN-in A.Heydərov adına Respublika Hospitalına yerləşdirildiyini, burada tibb personalının ona göstərdiyi yüksək diqqət və qayğıdan, aldığı peşəkar müalicədən razılığını bildirir.

Bakı şəhər sakini Nəbi Əsgərov DİN-ə ünvanladığı təşəkkür məktubunda borclunun tapılmasında və borcun qaytarılmasında göstərdikləri köməyə görə Nizami RPİ-nin istintaq şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ucar rayon sakini Yasəmən Cavadova quldurluq yolu ilə evlərinə girib qızı Zeynəb Əliyevanın əl-qolunu bağlayıb hədə-qorxu gələrək evdən qızıl və zinət əşyaları aparmış şəxslərin qısa zaman kəsiyində tutulub layiqli cəzalarına çatmasında göstərdikləri operativliyə, həm də əsl vətəndaş yanğısına görə RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Şəmkir rayon sakini Elçin Əmiraslanov mənzilindən 3000 manatının oğurlanması barədə RPŞ-yə etdiyi müraciətdən sonra polisin qısa zamanda həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə cinayətin açıldığına və ona dəymiş ziyanın ödənilməsinə görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nicat Musayev bu gün asayişin keşiyində ayıq-sayıq duran Azərbaycan Polisinə xidmətində uğurlar arzulayır.

Astara rayon sakini Elmira Əhmədova xəstə ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Dilarə Məlikzadə DİN-ə ünvanladığı məktubunda şikayətinə tez və obyektiv baxılaraq, ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.