Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ələs Arıxov DİN-ə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə minnətdarlığını bildirir.

Şəmkir rayon sakini Rəsul İbrahimov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda Rayon Polis Şöbəsində onu səmimi qəbul etdiyinə, diqqətlə dinlədiyinə görə RPŞ-nin rəhbərliyindən razılıq edir, müraciətinə operativ və tez bir zamanda baxılmasına görə təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Ramin Xəlilov etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Zeynalabdin Zeynalov DİN-ə ünvanladığı təşəkkür məktubunda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, o cümlədən sahibsiz heyvanları qidalandırdıqlarına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Xızı rayon sakini İntiqam Məmmədov karantin rejimi dövründə pandemiyanın qarşısının alınması və insanların sağlamlığının qorunması üçün həyatlarını belə riskə ataraq gecə-gündüz xidmət aparan, öz üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirən polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Masallı şəhər sakini Spartak Nadirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara görə Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.

Astara rayonunun Ərçivan qəsəbə sakinləri Ayaz Baxşiyev və Əfsun Ağayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda COVID-19 pandemiyasına qarşı mübarizədə sərgilədiyi fədakar xidmətə və gərgin əməyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayonunun Miki kənd sakini Kamal Hidayətov öz təşəkkür məktubunda nümunəvi xidmətə görə Astara RPŞ-nin əməkdaşlarından razılığını bildirir.

Biləsuvar rayon sakini Pərviz Əzizov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobilində yaranan nasazlıq səbəbindən ailəsi ilə birlikdə yolda qaldığı zaman ona göstərilən köməkliyə görə BDYPİ-nin yol patrul xidməti alayının 10-cu tağımının əməkdaşlarına minnətdarlığını bildirir.