Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Siyakü kənd sakini Fariz Caniyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini Telman Fətullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı soyğunçuluq etmiş şəxslərin Lənkəran ŞRPŞ-nin əməkdaşlarının peşəkarlığı nəticəsində müəyyən edilərək saxlanılmasına və dəymiş maddi ziyanın ödənilməsinə görə minnətdarlığını bildirir.

Masallı rayon sakini Spartak Nadirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Rayon Polis Şöbəsinin rəhbərliyindən razılığını ifadə edir.

Lənkəran rayonunun Separadi kənd sakini Namiq Nəsirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Astara rayon sakini Səxavət Xalıqov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq edən şəxslərin Lənkəran ŞRPŞ-nin əməkdaşlarının peşəkarlığı nəticəsində müəyyən edilərək saxlanılmasına görə minnətdarlığını bildirir.

Lənkəran rayonunun Şağlaser kənd sakini Namiq Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə atılan qətiyyətli addımlara, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunmasına görə Lənkəran ŞRPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçu Vüsal Məhərrəmovun həyat yoldaşı öz təşəkkür məktubunda yaşadığı evin qarşısının abadlaşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Həsənağa Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus mağazadan oğurluq edən şəxslərin Lənkəran ŞRPŞ-nin əməkdaşlarının peşəkarlığı nəticəsində müəyyən edilərək saxlanılmasına görə minnətdarığını bildirir.

Sabirabad rayon sakini Nəsimi Əliyev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.