Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Tovuz rayon sakini Vidadi Əhmədov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Tovuz RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Növrəstə İbrahimova məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə dərhal reaksiya verildiyini, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə və Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Tovuz rayon sakini Araz Əhmədov müraciətinin operativ araşdırılmasına və ona göstərilən köməyə görə Tovuz RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

 

Gəncə şəhər sakini Bəhruz İsgəndərov DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət yöndə həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Rəşid Orucov təşəkkür məktubunda DİN-in rəsmi sosial şəbəkə hesabına göndərdiyi müraciətinə operativ reaksiya verildiyinə görə minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Ruzigar Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdikləri müraciətin obyektiv araşdırılmasına görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Şölə Cavadova oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Mehman İbişov təşəkkür məktubunda ona qarşı dələduzluq edən şəxsin məsuliyyətə cəlb olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Salyan rayon sakini Nail Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus yük avtomobili ilə Bakı-Quba yolunda hərəkətdə olan zaman nəqliyyat vasitəsində texniki problemlər yarandığını və köməksiz vəziyyətdə qaldığını bildirir. Bu zaman həmin ərazidə 99YP751 d.q.n avtopatrulda xidmət aparan polis əməkdaşlarının ona yaxınlaşaraq zəruri köməklikləri göstərdiklərini qeyd edən N.Rzayev, yol polis əməkdaşlarına öz minnətdarlığını bildirir.