Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 39 cinayətin açılması təmin olunub
26.11.2025
Bakıda evdən 1000 manatlıq təmir-tikinti alətləri oğurlayan şəxsi polis saxladı
Sabunçu rayonunda talama faktı qeydə alınıb. Gecə saatlarında naməlum şəxs paytaxt sakininin evinə daxil olaraq içərisindən 1000 manat dəyərində təmir-tikinti alətlərini oğurlayıb. Bu barədə ev sahibi polisə məlumat verib.Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum edilmiş 40 yaşlı R.Şükürov müəyyən olunaraq saxlanılıb.Nizami rayonunda keçirilən tədbirlər zamanı isə təmir sexlərinin birində avtomobildən 400 manat dəyərində ehtiyat hissələri, eləcə də iki vətəndaşa məxsus mobil telefon və 500 manat oğurlamaqda şübhəli bilinən A.Tağıyev və F.Səfərov da saxlanılıblar.Faktlar üzrə araşdırmalar davam etdirilir.
Polis evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxsi saxladı
Paytaxtın Yasamal rayonunda evdən külli miqdarda oğurluq edilib. Vətəndaş polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyası və 220 manat pulunun talandığını bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı S.Dadaşova müəyyən olunaraq saxlanıb. Araşdırmalarla onun noyabr ayının 1-dən 25-dək olan müddətdə xadimə kimi çalışdığı evdən hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı müəyyən edilib.Rayon ərazisində keçirilən digər tədbir zamanı isə zərərçəkənin cibindən 1882 manat talamaqda şübhəli bilinən 25 yaşlı S.Salmanzadə də polis tərəfindən saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Polis evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayan şəxsləri saxladı
Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini olan iki vətəndaş polisə müraciət edərək gecə saatlarında evlərindən qaz sayğaclarının oğurlandığını bildiriblər.Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, keçmişdə də məhkum olunmuş 35 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.Paytaxtın Nəsimi rayonunda isə zərərçəkənlərin evlərinin qarşısından ümumi dəyəri 1440 manat olan skuter və velosiped oğurlamaqda şübhəli bilinən 25 yaşlı M.Cəfərov və 23 yaşlı A.Poladov da polis tərəfindən saxlanılıblar.Faktlar üzrə araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Noyabrın 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının noyabrın 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 4,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə noyabrın 26-da ümumi çəkisi 4,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Noyabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı və 9 tüfəng şkar edərək götürüblər.
Binəqədi marketdə bıçaqla quldurluq edən şəxs saxlanılıb
Paytaxtın Binəqədi rayonunda yerləşən marketlərin birində quldurluq hadisəsi baş verib. Naməlum şəxslər gecə saatlarında orada çalışan satıcını kəsici-deşici alətlə hədələyərək tütün və kosmetik məhsulları talayıblar. Bu barədə zərərçəkən tərəf polisə məlumat verib.Binəqədi RPİ-nin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxslər - 40 yaşlı Elnur Qələndərov, 32 yaşlı Mühəmməd Rəhimov və 30 yaşlı Ağaxan Xankişiyev müəyyən olunaraq saxlanılıblar. Həmin şəxslərin marketə gəliş-gedişi, tütün və kosmetik məhsulları talaması təhlükəsizlik kameraları vasitəsilə də görüntülənib.Faktla bağlı araşdırmalar davam edir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
25.11.2025