Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib
05.10.2025
Polis əməkdaşlarının oktyabrın 4-də və 5-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 4-də və 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 tüfəng, 1 patron darağı və 40 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
04.10.2025
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
03.10.2025
Xəzər rayonunda oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Xəzər rayonunda yerləşən evlərdən təmir-tikinti alətləri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı R.Mirzəcanov və həmyaşıdı B.Cahangirov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla R.Mirzəcanovun bundan əvvəl də ayrı-ayrı şəxslərə məxsus ümumilikdə 4840 manat dəyərində təmir alətləri, monitor, maqnitofon, səsgücləndirici oğurlaması da məlum olub.Araşdırmalar davam etdirilir.
Paytaxtda oğurluq edənlər saxlanılıblar
Nəsimi rayonunda iki nəfər polisə müraciət edərək 808 manatlarının, eyni zamanda 2 ədəd mobil telefonlarının talanmasını bildiriblər.Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 20 yaşlı V.Rəsulov və əvvəllər oğurluq və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 37 yaşlı F.Səfərov müəyyən edilərək saxlanılıblar.Xətai rayonunda isə mağazaların birindən 250 manat və 500 manatlıq tütün məmulatını oğurlamaqda şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş 30 yaşlı V.Mirzəbabayev polis əməkdaşları tərəfindən saxlanılıb.Faktlarla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Oktyabrın 3-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının oktyabrın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 2 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 3-də ümumi çəkisi 24,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 avtomat silahı, 7 tapança, 1 tüfəng, 1 patron darağı və 13 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.