Gün ərzində ölkə ərazisində qeydə alınan 90 cinayətin açılması təmin olunub
08.01.2026Yanvarın 8-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 24 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 65 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.