Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir
07.08.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Avqustun 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 tüfəng, 3 patron darağı və 110 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.Odlu silah-sursatın qanunsuz saxlanılmasına qarşı keçirilən əməliyyat tədbirləri ilə 5 tüfəng aşkar edilərək götürülüb.