DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonunun Tircan kəndində yol-nəqliyyat hadisəsi

16.07.2008

Saat 08.30 radələrində İsmayıllı rayonunun Tircan kəndində, kənd sakini Fəzail Məmmədovun idarə etdiyi "QAZ-53" markalı və Maçaxı kənd sakini Əlif Yusifovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "VAZ-21063" markalı avtomaşının sərnişini, Tircan kənd sakini Arif Zülfüqarov hadisə yerində ölmüş, xəsarət almış Ə.Yusifov və sərnişini, Mican kənd sakini Raci Məmmədov xəstəxanaya yerləşdirilmişlər. İsmayıllı RPŞ tərəfindən araşdırmalar aparılır.