DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

İmişli rayonunun Qaradonlu kəndində yol-nəqliyyat hadisəsi

16.07.2008

Saat 23.00 radələrində İmişli rayonunun Qaradonlu kəndində, Qızılkənd kənd sakini Telman Babayevin idarə etdiyi "VAZ-2106" markalı və Gövhərli kənd sakini Vüsal Məmmədovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış T.babayev və sərnişinləri, həmyerliləri Nabat Həsənova və Samiq Məmmədov xəstəxanaya yerləşdirilmişlər. T.Babayev və N.Həsənova orada ölmüşdür. İmişli RPŞ tərəfindən araşdırmalar aparılır.