DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonundakı R.Behbudov küçəsində yol-nəqliyyat hadisəsi

16.07.2008

İyulun 17-də saat 02.00 radələrində Nəsimi rayonundakı R.Behbudov küçəsində Bakı şəhər sakinləri Seymur Kazımovun idarə etdiyi "Mercedes" markalı, Rəşid Məmmədovun idarə etdiyi "Ford" markalı və Elmar Abışovun idarə etdiyi "BMW" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər 3 sürücü və S.Kazımovun sərnişinləri, Masallı rayon sakinləri Rauf Məmmədov və Ramin Abbasov xəstəxanaya yerləşdirilmişlər. Nəsimi RPİ tərəfindən araşdırmalar aparılır.