DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş xaşxaş kolları məhv edilmişdir

16.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 19-cu PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hacıbəy Nuriyevdən 0,92 qram heroin, Səbail RPİ 9-cu PB əməkdaşları Bakı şəhər sakini Emil Məmmədovdan 0,232 qram heroin, Abşeron RPŞ əməkdaşları Novxanı kənd sakini Qədimalı Əliyevdən 0,238 qram heroin götürmüşlər.    Nizami RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şamaxı şəhər sakini Lalə Əlizadə 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qardaşı Eldənizə gətirdiyi sovqatının içindən 1,15 qram həşiş qətranı aşkar edilərək götürülmüşdür.  
DİN Baş Mühafizə İdarəsi və Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini Vüsalə Məmmədovadan 0,246 qram heroin götürülmüşdür. V.Məmmədova narkotik vasitəni satmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Böyükağa Əzimzadə tutulmuşdur. 
Şahbuz RPŞ əməkdaşları tərəfindən Batabat kəndindən yabanı halda bitmiş, çəkisi 532 kiloqram olan 4010 ədəd xaşxaş kolu yığılaraq məhv edilmişdir.