Gün ərzində 26 cinayət faktı qeydə alınmışdır
11.05.2008- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 26 cinayət faktı qeydə alınmışdır ki, onların da 16-ı "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 2 nəfər ölmüş, 7 nəfər isə yaralanmışdır. - 1 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.