Şəki şəhərinin Sarıca kəndində yol-nəqliyyat hadisəsi
11.05.2008Saat 22.00 radələrində Şəki şəhərinin Sarıca kəndində Xaçmaz rayon sakini Ruhəddin Kərimovun idarə etdiyi "VAZ-21150" markalı avtomaşınla şəhər sakini Muxtar Abdullayevin idarə etdiyi "MTZ-82" markalı traktor toqquşmuşlar. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Kərimovun sərnişini, Oğuz rayon sakini Rais Əhmədov orada ölmüşdür. Şəki ŞRPŞ tərəfindən araşdırmalar aparılır.