Nizami rayonundakı Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi
11.05.2008Mayın 5-də Nizami rayonundakı Q.Qarayev prospektində Hövsan qəsəbə sakini Əfqan Allahverdiyev "Opel" markalı avtomaşını idarə edərkən Bakı şəhər sakini Bayram Qasımovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Qasımov mayın 10-da orada ölmüşdür. Nizami RPİ tərəfindən araşdırmalar aparılır.