Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Avtomaşın oğurluğu ilə məşğul olan qrup tutulmuşdur

07.05.2008

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 30-da Saleh Babayevə, aprelin 29-da Rasim Kərimova, mayın 6-da isə Səlahəddin Ələkbərova məxsus avtomaşınları qaçırmış Bakı şəhər sakinləri Samir Abdullayev və Əli Əhmədov tutulmuşdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, onlar aprel və may ayları ərzində ayrı-ayrı vətəndaşlara məxsus daha 2 avtomobili qaçırmaları, habelə Bakı şəhər sakini İbadulla Şıxıyevə məxsus «VAZ-2101» markalı avtomaşından isə şüşəni sındırmaq yolu ilə akkumlyator və 2 ədəd səsgücləndiricini oğurlamaları, eləcə də R.Kərimova məxsus avtomaşının qaçırılmasında Bakı şəhər sakini Zaur Fətullayevlə birgə iştirak etmələri müəyyən edilmiş, Z.Fətullayev tutulmuşdur.