DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Siyəzən rayonundakı "Qafqaz" otelinin koteclərindən birində yanğın baş vermişdir

07.05.2008

Saat 00.30 radələrində Siyəzən rayonundakı "Qafqaz" otelinə məxsus koteclərdən birində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə dağıntı olmamış 16 kvm. sahədə kotecin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, "Akkord" MMC-nin mütəxəssisləri Gürcüstan vətəndaşları Vasili Salkinoşvili və Minabdi İrakli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər. Araşdırmalar aparılır.