DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

07.05.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsi və Nəsimi RPİ əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Abbas Qəhrəmanovdan 0,247 qram heroin, Abdulla Qasımovdan 0,264 qram heroin, Nizami RPİ əməkdaşları Bakı şəhər sakinləri Firudin Dadaşovdan 0,071 qram, Sergey Koçetkovdan 0,039 qram heroin, Ağahüseyn Xəlilovdan isə şprisin içərisində maye halında olan 0,11 mq. heroin, 23-cü PB əməkdaşları Keşlə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ədalət Yusifovdan 0,304 qram heroin, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İmamverdi Xəlilovdan 0,357 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini Üzeyir Qurbanovdan 0,333 qram heroin, Neftçala RPŞ əməkdaşları Salyan rayon sakini Əhməd Ağalarovdan 1,1 qram heroin götürmüşlər. Mingəçsevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Elxan Abbasov 0,272 qram heroini həmyerlisi Teymur Mustafayevə satarkən tutulmuşdur.