Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Ə.Cəbrayılovun avtomobilindən bank kartını oğurlayaraq hesabından 126 manat pulunu çıxarmaqda şübhəli bilinən M.Abbasov müəyyən edilərək saxlanılmışdır

19.11.2021

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə noyabrın 15-də Bakı şəhər sakini Ə.Cəbrayılovun “Chevrolet” markalı avtomobilindən bank kartının oğurlanması və hesabından 126 manat pulunun çıxarılması barədə məlumat daxil olmuşdur.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Abbasov müəyyən edilərək saxlanılmışdır.

Araşdırma aparılır.

19.11.2021 tarixinə olan kriminal məlumatlar