Tovuz rayonu ərazisindəki iki evdən oğurluq etməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılmış, digərinin isə şəxsiyyəti müəyyən edilmişdir
19.11.2021Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5700 manat pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları, digər 1 evdən isə 300 manat pul oğurlamaqda şübhəli bilinən Hunanlar kənd sakinləri V.İbrahimov saxlanılmış, digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilmişdir.