DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonu ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və bir evdən inşaat materiallarını oğurladığına görə tutulmuş R.Məmmədovun daha bir cinayət hadisəsini törətməsi də müəyyən edilmişdir

19.11.2021

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən noyabrın 12-də Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materiallarını oğurladığına görə tutulmuş R.Məmmədovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun T.Həmidov və digər 1 nəfərlə birlikdə noyabrın 9-da rayon ərazisində kirayədə yaşayan bir qadının mənzilinə daxil olub hədə-qorxu gəlməklə 1700 manat pulunu və 2000 manat dəyərində qızıl-zinət əşyalarını almaları da müəyyən edilmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Həmidov da saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürlümüşdür.

19.11.2021 tarixinə olan kriminal məlumatlar