Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Adam öldürməkdə şübhəli bilinən Neftçala rayon sakini Ş.Məhərrəmova tutulmuşdur

20.05.2021

Neftçala RPŞ-yə mayın 5-də 65 yaşlı Qalib Əsgərovun yaşadığı Aşağı Surra kəndindəki evdən çıxaraq geri qayıtmaması barədə məlumat daxil olmuşdur.

Araşdırmalarla müəyyən olunmuşdur ki, Q.Əsgərov həyat yoldaşı Ş.Məhərrəmova tərəfindən qətlə yetirilərək bağda basdırılmışdır.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ş.Məhərrəmova tutulmuşdur. Meyit eksqumasiya edilmişdir.

Araşdırma aparılır.

20.05.2021 tarixinə olan kriminal məlumatlar