Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göygöl rayon sakini S.Həsənovun avtomobilini qaçırmış dayısı Ə.Əsgərov avtomobillə birgə Şəmkir rayonu ərazisində saxlanılmışdır

20.05.2021

Göygöl RPŞ-yə müraciət edən Üçtəpə kənd sakini S.Həsənov mayın 20-də kənd ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirmişdir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsinin S.Həsənovun dayısı, əvvəllər məhkum olunmuş Ə.Əsgərov tərəfindən qaçırılması müəyyən edilmiş və o, avtomobillə birgə Şəmkir rayonu ərazisində saxlanılmışdır.

Araşdırma aparılır.

20.05.2021 tarixinə olan kriminal məlumatlar