Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
20.05.2021Mayın 19-da Binəqədi RPİ-nin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi olan Bakı şəhər sakini K.İbrahimova ictimai yerdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.