Yaşayış yerini tərk edən 16 yaşlı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb
10.05.2021Mayın 10-da Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən 16 yaşlı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.
Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.