Narkotik vasitə ilə tutulmuş Goranboy rayon sakini S.Ələkbərovun evindən ov tüfəngi və 44 ədəd boş patron aşkar edilərək götürülmüşdür
10.05.2021Goranboy RPŞ əməkdaşlarının narkotik vasitə ilə tutulmuş S.Ələkbərovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun Borsunlu kəndindəki yaşadığı evə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi və 44 ədəd boş patron aşkar edilərək götürülmüşdür.