Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində yerləşən avtomobil salonlarının birindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılmışlar

10.05.2021

Nərimanov RPİ 16-cı Polis Bölməsinə mayın 10-da rayon ərazisində yerləşən avtomobil salonlarının birindən dövlət qeydiyyat nişanlı olmayan “Mercedes” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olmuşdur.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakinləri İ.Hüseynov və İ.Sadıqov avtomobillə birlikdə saxlanılmışlar.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.