DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri ərazisində “Mercedes” və “VAZ-21150” markalı avtomobillər toqquşmuşdur

23.04.2021

Aprelin 23-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Ə.Əkbərovun idarə etdiyi “Mercedes” və Samux rayon sakini C.Mirzəyevin idarə etdiyi “VAZ-21150” markalı avtomobillər toqquşmuşdur. Nəticədə hər iki sürücü və iki sərnişin aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən biri - H.İsayeva orada ölmüşdür.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.