DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayon sakini A.Məmmədovun müvəqqəti yaşadığı yerdən 16 kiloqramdan artıq marixuana götürülmüşdür

23.04.2021

Qaradağ RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında Qızıldaş qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 1,534 qram heroin və 4 qramdan artıq marixuana aşkarlanmışdır. Davam etdirilən tədbirlərlə onun müvəqqəti yaşadığı yerə baxış zamanı oradan 16 kiloqramdan artıq marixuana götürülmüşdür.