DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Balakən rayon sakini C.Xəlilovun idarə etdiyi avtomobildən çətənə kolları götürülmüşdür

23.04.2021

Balakən RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Tülü kənd sakini, əvvəllər məhkum olunmuş C.Xəlilovun idarə etdiyi “VAZ-2121” markalı avtomobilə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 104 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.