Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən Goranboy rayon sakini E.Nəsibli avtomobillə birgə saxlanılmışdır
21.03.2021Goranboy RPŞ-yə martın 20-də Xanqərvənd kənd sakini F.Əhmədovun “VAZ-2106” markalı avtomobilinin kənd ərazisindən qaçırılması barədə müraciət daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən rayon sakini E.Nəsibli avtomobillə birgə saxlanılmışdır.
Araşdırma aparılır.