Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri F.Abbasov, A.Canəliyev və N.Bayraməliyev saxlanılmışlar
21.03.2021Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 2800 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri F.Abbasov, A.Canəliyev və N.Bayraməliyev saxlanılmışlar.
A.Canəliyevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmyerlisi, əvvəllər məhkum olunmuş R.Həsənovla birgə avtoyuma məntəqələrinin birindən 600 manat dəyərində tozsoran və kompressor, R.Həsənovun tədris mərkəzlərinin birindən kompyuter, printer, modem və həmyerlisi, əvvəllər məhkum olunmuş K.Səfərəliyevlə birgə internet klubların birindən 18 ədəd oyun aparatı, 30 ədəd pult, 10 ədəd disk, K.Səfərəliyevin isə “Mercedes” markalı bir avtomobildən maqnitofon və monitor oğurlaması müəyyən edilmişdir.
Araşdırmalar aparılır.